09.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 08.01.2023-cü il tarixində Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin 100 illiyi ilə əlaqədar “Böyük siyasətçi və dövlət xadimi “ adlı onlayn oxucu konfransı keçirtdi. Tədbirdə Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra Kəlbəcər rayon 109 saylı tam orta məktəbin tarix müəllimi Şikar Baxışov, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin tarix müəlliməsi Vəfa Hacıyeva , Azərbaycan dili ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova, ibtidai sinif müəlliməsi Fidan Musayeva və məktəbin şagirdləri Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu, Dünya siyasətinin nəhəngi və nadir bir şəxsiyyət olan Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev haqqında maraqlı təqdimatlar, çıxışlar etdilər. Tədbirdə “Gələcəyin böyük lideri” adlı videoçarx nümayiş edildi.